Premyer Liqanı tərk edən “Qəbələ”də ayrılıqlar davam edir.
“FutbolPress“in əldə etdiyi məlumata görə, “qırmızı-qaralar”ın qapıçısı Rəşad Əzizli növbəti yolçudur. Azərbaycan yığmasının da üzvü olan qolkiper Premyer Liqa klublarının hədəfindədir.
Əzizli özü də I Liqada oynamaq istəmir və qısa zamanda qərar vermək arzusundadır.
30 yaşlı qapıçı 2023-cü ilin yayından “Qəbələ”də çıxış edirdi. O, 2023/24 mövsümündə 22 oyunda 32 qol buraxıb, 6 matçda isə qapısını toxunulmaz saxlayıb.
“Qəbələ”də bundan əvvəl müdafiəçi Lukas Afriko, yarımmüdafiəçilər Ahmed Ayzaya, Əyyub Allaş, Klesio Bauk, Yaovi Akakpo və hücumçu Osama Xalayla ilə müddəti bitən müqavilə yenilənməyib. Ürfan Abbasov və Ülvi İsgəndərov isə dünən “Araz-Naxçıvan”a keçib.