Qəbələdə 7 qol

“Qəbələ” növbəti yoxlama oyununu keçirib.

Futbolpress.az xəbər verir ki, yeni mövsümün hazırlığını davam etdirən “qırmızı-qaralar” “Cəbrayıl”la üz-üzə gəliblər. Matç Qəbələ şəhər stadionunda baş tutub.

Məhsuldar keçən görüşdə 7 qol vurulub. “Qəbələ”nin 5:2 hesabı ilə qalib gəldiyi qarşılaşmada Domi Jaures dubla imza atıb. Komandanın digər qollarını Abdullahi Şuaybu, Elvin Yunuszadə və Mehrac Baxşalı vurublar.

Qeyd edək ki, hazırlıq çərçivəsində bunadək Küveytin “Əl-Yarmuk” (2:2) klubu və “Zaqatala” (2:0) ilə qarşılaşan “Qəbələ” avqustun 19-da “Mingəçevir”lə üz-üzə gələcək.