“Qəbələ” daha 4 yoxlama oyunu keçirəcək

“Qəbələ” 2024-2025-ci illər mövsümünün hazırlığını davam etdirir.

Futbolpress.az xəbər verir ki, “Zaqatala” ilə yoxlama oyunundan sonra iki günlük istirahətə buraxılan “qırmızı-qaralar” sabah bir araya gələcək. Komanda hazırlığın ikinci mərhələsinə günün ikinci yarısında baş tutacaq məşqlə start verəcək.

Qəbələ şəhər stadionunda davam edəcək hazırlıq prosesində daha 4 yoxlama oyunu baş tutacaq. “Qəbələ” avqustun 16-da “Cəbrayıl”, 19-da “Mingəçevir”lə üz-üzə gələcək. Digər iki matç ayın 24-də və 28-də keçiriləcək.

“Qırmızı-qaralar” mövsümlərarası dövrdə artıq iki görüş keçirib. Küveytin “Əl-Yarmuk” klubu ilə heç-heçə edən (2:2) komanda “Zaqatala”ya 2:0 hesabı ilə qalib gəlib.