“Qəbələ” bu gün yoxlama oyunu keçirəcək

“Qəbələ” növbəti yoxlama oyununu keçirəcək.

Futbolpress.az xəbər verir ki, “qırmızı-qaralar” bu gün “Cəbrayıl”la qarşılaşacaq.

Görüş Qəbələ şəhər stadionunda baş tutacaq. Matç saat 17:30-da start götürəcək.

Qeyd edək ki, bu, “Qəbələ”nin yeni mövsümə hazırlıq çərçivəsində 3-cü sınağı olacaq. “Qəbələ” bunadək Küveytin “Əl-Yarmuk” (2:2) klubu və “Zaqatala” (2:0) ilə qarşılaşıb.