“Qərb derbisi” bu göstəricidə birinci oldu

Azərbaycan Premyer Liqasında XI turun oyunlarını izləyən azarkeş sayı məlum olub.

Futbolpress.az xəbər verir ki, ən yüksək göstərici Tovuzda qeydə alınıb. “Turan Tovuz” ilə “Kəpəz” arasındakı “Qərb derbisi”ni 3800 tamaşaçı stadiondan izləyib.

Ən aşağı göstərici isə “Araz-Naxçıvan” – “Zirə” matçında olub – 80 tamaşaçı.

Premyer Liqada XI turun oyunlarını izləyən azarkeş sayı:

Turan Tovuz – Kəpəz 2:1 (3800 tamaşaçı)
Araz-Naxçıvan – Zirə 1:1 (80 tamaşaçı)
Səbail – Sumqayıt 0:1 (600 tamaşaçı)
Sabah – Neftçi 0:0 (2001 tamaşaçı)
Qarabağ – Şamaxı 3:0 (1000 tamaşaçı).

Qeyd: Rəqəmlər Peşəkar Futbol Liqasının oyun protokollarından götürülüb.