“Qərarı eşidən kimi çox məyus oldum” – “Qəbələ”nin sabiq məşqçisi

Dünən AFFA İcraiyyə Komitəsinin iclası keçirilib. Toplantıda Premyer Liqada komanda sayının artırılmaması və legioner limitinin dəyişməməsi (7+4) qərarı qəbul edilib.

Qərardan sonra çempionatda sonuncu olan “Qəbələ”nin elitanı tərk edəcəyi dəqiqləşib. Komandanın sabiq məşqçisi Rasim Ramaldanov “FutbolPress”ə açıqlamasında İK-nin qərarlarına münasibət bildirdi:

“Qərarı eşidən kimi çox məyus oldum. İnanırdım ki, onları saxlayarlar, ancaq olmadı. Çox söz demək istəmirəm, qismət. “Qəbələ”ni liqada saxlamaq üçün nəsə fikirləşmək olardı. Qismət”.

Rasim Ramaldanov 2021-2024-cü illərdə “Qəbələ”də məşqçilik edib. O, bu ilin fevralında vəzifəsindən ayrılıb.