“Qəbələ”nin kapitanı: “Premyer Liqanı tərk etmək faciə deyil”

AFFA İcraiyyə Komitəsinin iclası keçirilib. Toplantıda Premyer Liqada komanda sayının artırılmaması qərara alınıb. Belə halda, liqanın sonuncusu “Qəbələ” elitanı tərk edəcək.

Komandanın kapitanı Asif Məmmədov “FutbolPress“ə açıqlamasında qərarla bağlı fikirlərini bildirdi:

“Açığı, bilirdim ki, belə olacaq. Qəbul edilən qərarları əvvəldən təxmin edirdim. Klub dağılmayıb, faciə deyil. Prezidentimiz, biz burdayıq. I Liqada çempionluğa oynayıb, yenidən elitaya qalxmağa çalışacağıq. Futboldur, qərar gözlənilən idi. Heç nə bitməyib və elitadan düşməyi faciə adlandırmaq olmaz”.

Şahin Cəfərov