“Qəbələ”nin daha bir futbolçusu “Araz-Naxçıvan”a keçdi

Transfer çalışmalarını davam etdirən “Araz-Naxçıvan” daha bir futbolçu ilə müqavilə imzalayıb.

Futbolpress.az xəbər verir ki, Ülvi İsgəndərov qarşıdakı 1 il ərzində Premyer Liqa təmsilçisinin formasını geyinəcək. Karyerası ərzində “Qəbələ” və “Sumqayıt” klublarında çıxış edən 26 yaşlı vinger 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin də formasını geyinib.

Qeyd edək ki, “Araz-Naxçıvan” bu gün Urfan Abbasovla da müqavilə imzalayıb.