Bu gün Azərbaycan I Liqasında XXIII tura tekun vurulacaq.
Futbolpress.az xəbər verir ki, lider “Qəbələ” bu turda MOİK ilə üz-üzə gələcək.
“Qırmızı-qaralar” qələbə qazanacağı halda, çempionluğunu rəsmiləşdirəcək. Bundan əlavə, ikinci pillədəki “İmişli” və üçüncü “Karvan”ın xal itirməsi komandanın liderliyini təmin edəcək.
Görüşə saat 18:00-da start veriləcək.
Azərbaycan I Liqası
XXIII tur
25 aprel
17:00 Karvan – İmişli
17:00 Zaqatala – İmişli
18:00 Qəbələ – MOİK