Konfrans Liqasının III təsnifat mərhələsində sabah keçiriləcək “Zirə” – “Osiyek” oyunundan öncə Azərbaycan təmsilçisinin yarımmüdafiəçisi Pyer Zebli jurnalistlərin suallarını cavablandırdı.
Futbolpress.az xəbər verir ki, forvard media nümayəndələri ilə görüşdə bunları söylədi:
– Çətin və gərgin oyun olacağını bilirik. Amma baş məşqçinin verdiyi tapşırıqları düzgün yerinə yetirsək, özümüzü daha yaxşı tərəfdən göstərə biləcəyik.
– Səfərdəki bərabərliyi üstün hesab etmək olar?
– “Osiyek” yaxşı futbolçulardan təşkil olunmuş komandadır. Ev oyunu olması bizim üçün əlavə üstünlükdür.