Pyer Saj: “Qarabağ” daha çox qol vura bilərdi”

“Lion” Avropa Liqasının Liqa mərhələsinin V turu çərçivəsində Bakıda keçirilən matçda “Qarabağ”ı 4:1 hesabı ilə məğlub edib.

Futbolpress.az xəbər verir ki, Fransa təmsilçisinin baş məşqçisi Pyer Saj matçından sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

– “Qarabağ”ın oyununu təhlükəli hesab edirsiz?

– Bəli. İlk hissədə çoxlu təhlükəli epizodlar yaratdılar. Bunu unutmaq olmaz. Biz ikinci hissədə müdafiəni daha yaxşı təşkil etdik. Hücuma keçidlərdə üstünlüklərimiz oldu. Çətin olsa da, sonradan ardıcıl qollar vurduq.

– Sizcə, hesab oyuna görə oldu?

– Xeyr.

– Bakıdakı atmosfer, stadion haqda nə deyərdiz?

– Stadionda azarkeşlərin davranışı yaxşı idi. Oyunun gedişatına müsbət təsir edirdi.

– Hesabın oyuna görə olmadığını dediniz. Sizcə, hesab daha böyük olmalı idi, yoxsa gözləntiniz başqa idi?

– Bəli, düz anlamısız. “Qarabağ” daha çox qol vura bilərdi. Şansları da var idi. Bu da oyunun gedişatını dəyişdirə bilərdi.

Şahin Cəfərov