Pyatsa: “Qarabağ” nə qədər yaxşı komanda olduğunu göstərdi”

“Dinamo”nun (Zaqreb) futbolçusu Marko Pyatsa Çempionlar Liqasında “Qarabağ”ı məğlub etdikləri görüşdən (3:0) sonra fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, oyunda ilk qolu vuran yarımmüdafiəçi bunları deyib:

“Yaxşı oyun, yaxşı nəticə. “Qarabağ”ın çoxlu imkanları oldu. Amma indi şikayət etməyəcəyik. Yaxşı nəticə qazandıq və Bakıya inamla gedəcəyik.

“Maksimir”ə qayıtdıqdan sonra ilk rəsmi oyunda qol vurmaq xoşdur. Eyni zamanda mövsümün ilk Avropa oyununda bunu bacardığım üçün şadam. Ancaq hələ heç nə bitməyib. “Qarabağ” nə qədər yaxşı komanda olduğunu göstərdi. Yaxşı nəticə ilə səfərə gedəcəyik, amma arxayınlaşmamalıyıq”.

Komandalar arasındakı cavab oyunu avqustun 28-də olacaq.