Putin braziliyalı futbolçuya vətəndaşlıq verdi

“Zenit”in braziliyalı futbolçusu Duqlas Santos Rusiya vətəndaşlığı alıb.

Futbolpress.az xəbər verir ki, bununla bağlı ölkə rəhbəri Vladimir Putin fərman imzalayıb.

Duqlas 2019-cu ildən “Zenit”də çıxış edir. 30 yaşlı müdafiəçi 198 oyunda 7 qol vurub, 32 məhsuldar ötürmə edib.