PSV “Barselona”dan onu aldı

PSV “Barselona”dan icarəyə götürdüyü Serjinyo Destin transfer hüquqlarını alıb.

Futbolpress.az xəbər verir ki, bu barədə Niderland təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 23 yaşlı müdafiəçi ilə 4 illik müqavilə imzalanıb.

PSV rəsmi məbləği açıqlamasa da, İspaniya mətbuatı klubun “Barselona”ya 20 milyon avro ödəyəcəyini yazıb.

Dest ötən mövsümdə 37 oyunda 2 qol vurub, 7 məhsuldar ötürmə edib.