PSJ yenidən hərəkətə keçdi

PSJ “Mançester Yunayted”in hücumçusunu transfer etmək üçün yenidən cəhd etməyə hazırlaşır.

Futbolpress.az xəbər verir ki, Paris təmsilçisinin baş məşqçisi Luis Enrike komandanın hücum qabiliyyətindən narazı olduğu üçün “qırmızı şeytanlar”ın oyunçusu Markus Reşfordu öz klubunda görmək istəyir.

PSJ -nin nümayəndələri Reşfordla yayda təmasda idilər. Ona görə də yanvarda bu keçid reallaşa bilər.