PSJ təklifini etdi – 100 milyon

PSJ “Napoli”nin vingeri Xviça Kvaratsxeliya üçün 100 milyon avro təklif edib.

Futbolpress.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Kvaratsxeliya 2022-ci ilin yayından “Napoli”də çıxış edir. Bu mövsüm 23 yaşlı gürcü 44 oyunda 11 qol vurub və 9 məhsuldar ötürmə ilə yadda qalıb.

Xviçanın İtaliya klubu ilə müqaviləsi 2027-ci ilə qədər nəzərdə tutulub.