PSJ Sanço ilə razılaşıb, ancaq…

PSJ “Mançester Yunayted”in futbolçusu Ceydon Sançonu transfer etmək istəyir.

Futbolpress.az xəbər verir ki, Paris klubu ingilis futbolçuya 17 milyon avro maaş təklif edib. Bu barədə insayder Santi Una məlumat yayıb. Oyunçu PSJ ilə razılaşsa da, klublar arasında anlaşma əldə edilməyib.

“Mançester Yunayted” Sanço üçün 60 milyon avro tələb edir.

İngilis futbolçu ötən mövsümün ikinci yarısını Dortmund “Borussiya”sında icarədə olub. O, 21 oyunda 3 qol vurub, eyni sayda məhsuldar ötürmə edib.