PSJ rusiyalı qapıçı transfer etdi

PSJ heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, Paris təmsilçisi “Krasnodar”dan Matvey Safonovu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Rusiyalı qapıçı ilə 5 illik müqavilə imzalanıb.

PSJ Safonov üçün 20 milyon avro ödəyib. Qolkiper Rusiya yığmasının da üzvüdür.