PSJ rusiyalı qapıçı ilə müqavilə imzalayacaq

“Krasnodar”ın qapıçısı Matvey Safonov PSJ-yə transfer olunacaq.

Futbolpress.az xəbər verir ki, bu barədə “RMC Sport” məlumat yayıb.

Qeyd olunub ki, qapıçı Parisə gedib və tibbi müayinədən keçib. Tərəflər arasında 2029-cu ilə qədər müqavilənin imzalanacağı bildirilir.

“Krasnodar”ın yetirməsi olan 25 yaşlı qapıçı 30 matçda 27 qol buraxıb və 11 matçda qapısını toxunulmaz saxlamağı bacarıb.