PSJ portuqaliyalı futbolçu transfer etdi

PSJ heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, Paris təmsilçisi “Benfika”dan Joao Neveşi transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 19 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb.

PSJ portuqaliyalı futbolçu üçün 60 milyon avro ödəyəcək.