PSJ onunla danışıqları dayandırdı

PSJ qapıçısı Canluici Donnarumma ilə yeni müqavilə danışıqlarını dayandırıb.

Futbolpress.az xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb. Klub italiyalı qolkiperlə maaş məsələsində razılığa gələ bilmir.

Donnarummanın indiki müqaviləsi 2026-cı ilin iyuluna qədərdir.