PSJ onun üçün 80 milyon avro ödəyəcək

Portuqaliya millisinin və “Benfika”nın futbolçusu Joao Neveş karyerasını PSJ-də davam etdirəcək.

Futbolpress.az xəbər verir ki, bu barədə insayder Pedru Almeyda məlumat yayıb. Paris klubu 19 yaşlı yarımmüdafiəçinin keçidi üçün 80 milyon avro qarşılığında razılıq əldə edib. Tərəflər arasında yaxın zamanda müqavilə imzalanacaq.

Neveş ötən mövsüm “Benfika”da 33 oyunda 3 qol vurub, 1 məhsuldar ötürmə edib.