PSJ onu Portuqaliyaya göndərdi

PSJ futbolçusu Renato Sançesi icarəyə verib.

Futbolpress.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi “Benfika”ya keçib. Bu barədə Portuqaliya təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Yarımmüdafiəçi 2024/25 mövsümünü bu klubda keçirəcək.

Sançes “Benfika”nın yetirməsidir. O, karyerası ərzində “Suonsi”, “Benfika”, “Lill”, “Roma” və PSJ-də forma geyinib.