PSJ-nin prezidenti Nasser Əl-Xəlaifi adı komanda ilə hallanan Məhəmməd Salahla bağlı açıqlama verib.
Futbolpress.az xəbər verir ki, funksioner misirli hücumçunun Paris klubunun hədəfində olması ilə bağlı iddiaları təkzib edib:
“Bu, doğru deyil. Salah fantastik, heyrətamiz oyunçudur. Lakin onunla heç vaxt əlaqəmiz olmayıb. Bilirik ki, hamı Salah kimi futbolçunu istəyər. Ancaq çıxan xəbərlər doğru deyil. Yanvarda transferi mümkündür? Belə variant olsa, mütləq nəzərdən keçirəcəyik”.
Salahın “Liverpul”la müqaviləsi mövsümün sonunda başa çatır.