PSJ-nin ona 55 milyon borcu var

Fransa Futbol Federasiyası PSJ-nin Mbappe işi ilə bağlı apellyasiya şikayətini rədd edib.

Futbolpress.az xəbər verir ki, Fransa Futbol Federasiyası PSJ-nin komandanın keçmiş hücumçusu Kilian Mbappeyə ödənilməmiş maaş və bonuslarla bağlı qərardan appelyasiya şikayətini rədd edib.

Xatırladaq ki, daha əvvəl Fransa Peşəkar Futbol Liqası PSJ-yə futbolçuya 55 milyon avro ödəməyi əmr etsə də, klub bundan imtina edib və bu qərardan apellyasiya şikayəti verib.

Paris klubunun hücumçuya borclu olduğu məbləğə ödənilməmiş maaşlarla yanaşı, bonuslar da daxildir.