PSJ-nin hədəfindəki iki futbolçu bilindi

PSJ Kilian Mbappenin komandanı tərk etməsindən sonra iki yeni futbolçunun transferini planlaşdırır.

Futbolpress.az xəbər verir ki, Paris klubu “Napoli”dən Xviça Kvaratsxeliya və Viktor Osimheni heyətinə qatmaq istəyir. Bu barədə “Sky Sports” məlumat yayıb. PSJ hücum xəttini İtaliya klubunun oyunçuları ilə gücləndirməyi düşünür.

Mbappenin ayrılığından sonra klubda maaş büdcəsi artıb. Eyni zamanda yarımmüdafiəçi Manuel Uqartenin də “Mançester Yunayted”ə keçidi gündəmdədir və klub onun satışından sonra “Napoli” ilə danışıqları sürətləndirəcək.