PSJ-nin futbolçusu “Mançester Yunayted”ə keçdi

“Mançester Yunayted” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, “qırmızı şeytanlar” PSJ-dən Manuel Uqarteni transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 23 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb.

Uqarte ötən mövsüm PSJ ilə Liqa 1-də 25 oyunda meydana çıxıb.