PSJ Mbappeyə əvəzləyici tapdı

PSJ “Atletiko”nun hücumçusu Antuan Qrizmannı transfer etmək istəyir.

Futbolpress.az “Todofichajes” nəşrinə istinadən xəbər verir ki, Paris təmsilçisi Qrzimannın transferi ilə Mbappenin boşluğunu doldurmaq istəyir.

Fransa təmsilçisi 33 yaşlı futbolçuya görə 15 milyon avro ödəməyə hazırdır. Onun komanda ilə müqaviləsi 2026-cı ilin yayına qədərdir.

Qrizmann bu mövsüm 33 oyunda 16 qol vurub, 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Mbappenin yaxın vaxtlarda “Real”la müqavilə imzalayacağı gözlənilir.