PSJ Mbappenin maaşını ödəmir

Bir müddət əvvəl PSJ-dən ayrılan Mbappe ilə sabiq komandası qarşıdurma yaşayır.

Futbolpress.az ESPN-ə istinadən xəbər verir ki, Paris klubu futbolçunun maaşını ödəmir.

Belə ki, Fransa klubu Mbappenin hesabına 80 milyon avro və bonusunu köçürməlidir.

Mənbə qeyd edir ki, futbolçu komandadan azad agent kimi ayrıldığından klub bu addımı atır.

Hücumçu bir neçə gün əvvəl “Real”la 5 illik müqavilə imzalayıb.