PSJ Mbappenin boşluğunu onunla doldurmaq istəyir

PSJ “İnter”in hücumçusu Lautaro Martinesi transfer etmək istəyir.

Futbolpress.az xarici KİV-ə istinadən xəbər verir ki, Paris təmsilçisi argentinalıya görə İtaliya klubu ilə ilkin təmaslara başlayıb.

PSJ Lautaro üçün 110 milyon avro ödəməyə hazırdır. O, bu mövsüm 44 matçda 27 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Daha əvvəl Fransa təmsilçisi “Napoli”nin üzvü Xviça Kvaratsxeliyanı transfer etmək istəsə də, yekun nəticə əldə edə bilməmişdi.

Mbappe isə bir neçə gün əvvəl PSJ-dən ayrıldığını açıqlayıb. Onun “Real”la müqavilə imzalayacağı gözlənilir.