“Liverpul”un futbolçusu İbrahim Konate karyerasını Fransada davam etdirə bilər.
Futbolpress.az xəbər verir ki, PSJ müdafiəçinin xidmətində maraqlıdır. Bu barədə ESPN məlumat yayıb. Paris təmsilçisi mövsümün sonunda Konate üçün rəsmi danışıqlara başlayacaq.
Müdafiəçinin “Liverpul”la sözləşməsi 2026-cı ilin yayına kimidir. O, bu mövsüm Premyer Liqada 18 oyunda meydana çıxıb.