PSJ gürcü futbolçu ilə danışıqlara başladı

PSJ “Napoli”nin yarımmüdafiəçisi Xviça Kvaratsxeliyanın transferi ilə bağlı danışıqlara başlayıb.

Futbolpress.az xəbər verir ki, bu barədə “RMC Sport” məlumat yayıb.

Xviça yayda Paris klubu üçün əsas hədəf olacaq.

Kvaratsxeliya 2022-ci ilin yayından “Napoli”də çıxış edir. O, bu mövsüm 42 oyunda 10 qol vurub və 9 məhsuldar ötürmə edib.

Gürcü futbolçunun İtaliya klubu ilə müqaviləsi 2027-ci ilin sonuna qədərdir.