Fransanın PSJ klubu heyətini mərkəz müdafiəçisi ilə gücləndirib.
Futbolpress.az xəbər verir ki, Paris təmsilçisi Almaniyanın “Ayntraxt” komandasından Vilyan Paçunu heyətinə qatıb. 22 yaşlı müdafiəçi ilə 2029-cu ilə qədər müqavilə imzalanıb.
Paçu PSJ-də oynayacaq ilk ekvadorlu oyunçu kimi tarixə düşüb. Mərkəz müdafiəçisi 51 nömrəli forma ilə çıxış edəcək.
Vilyan Paçu ötən mövsüm “Ayntraxt”ın heyətində 44 oyuna çıxıb və 2 məhsuldar ötürmə ilə yadda qalıb.