Donnarummanın PSJ-dəki taleyi bilindi

PSJ komandanın qapıçısı Canluici Donnarumma ilə müqaviləni uzatmaq niyyətindədir.

Futbolpress.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Qeyd olunur ki, mövsüm başa çatdıqdan sonra onunla danışıqlara başlanılacaq.

Bildirilir ki, klub rəhbərliyi 25 yaşlı qapıçını kapitan etmək niyyətindədir.

Onun Paris təmsilçisi ilə müqaviləsi 2026-cı ilin yayına qədərdir.

Daha əvvəl yerli mətbuatın yazdığına görə, komanda qapıçının çıxışından narazıdır və onu “Əl-Hilal”ın üzvü Yassin Bunu ilə əvəzləmək istəyir.