PSJ-dən yeni transfer

PSJ heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, Paris təmsilçisi “Renn”dən Dezire Dueni transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 19 yaşlı yarımmüdafiəçi ilə müqavilə 2029-cu ilin yayına kimi nəzərdə tutulub.

Due ötən mövsüm “Renn”də 31 oyunda 4 qol vurub, 4 məhsuldar ötürmə edib.