PSJ-dən Yamal üçün fantastik təklif

PSJ “Barselona”nın futbolçusu Lamin Yamalı transfer etmək istəyir.

Futbolpress.az xəbər verir ki, bu barədə “El Mundo Deportivo” nəşri məlumat yayıb. Paris təmsilçisi 16 yaşlı vinger üçün 200 milyon avro təklif edib.

“Barselona” fransızlara “yox” deyib. PSJ təklifini 250 milyon avroya yüksəltməyə hazırdır.

Yamal “Barselona”nın yetirməsidir. O, ötən mövsümdə 50 oyunda 7 qol vurub, 10 məhsuldar ötürmə edib.