PSJ-dən “Mançester Yunayted”ə

PSJ-nin futbolçusu Manuel Uqarte karyerasını İngiltərədə davam etdirəcək.

Futbolpress.az xəbər verir ki, “Mançester Yunayted” yarımmüdafiəçinin keçidi üçün Paris klubu ilə razılaşıb. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanması gözlənilir.

23 yaşlı futbolçu ötən ilin yayından PSJ-də çıxış edirdi.