PSJ-dən La Liqa klubuna

“Vilyarreal” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, La Liqa təmsilçisi PSJ-dən Xuan Bernatı icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 31 yaşlı müdafiəçi mövsümün sonuna kimi “Vilyarreal”ın formasını geyinəcək.

Bernat daha əvvəl İspaniyada “Valensiya”da oynayıb.