PSJ-dən “Bayer”ə

“Bayer” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, Leverkuzen təmsilçisi PSJ-dən Nordi Mukieleni heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 26 yaşlı müdafiəçi 2025-ci ilin yayına kimi “Bayer”in formasını geyinəcək.

PSJ Mukieleni 2022-ci ildə “Leypsiq”dən transfer edib. Müdafiəçi Paris klubunda 45 oyunda 4 məhsuldar ötürmə ilə yadda qalıb.