Fransanın PSJ klubu üç futbolçusu və baş məşqçisi Luis Enrike ilə müqaviləni uzadıb.
Futbolpress.az xəbər verir ki, bu barədə Paris təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 54 yaşlı mütəxəssisin sözləşməsi 2027-ci ilin yayına kimi artırılıb.
Klub eyni zamanda müdafiəçi Əşrəf Hakimi, Nunu Mendeş və yarımmüdafiəçi Vitinyanın müqaviləsini 4,5 il müddətinə uzadıb.
PSJ Liqa 1-də 21 turdan sonra 53 xalla liderdir.