PSJ Çempionlar Liqasından kənarlaşdırıla bilər

PSJ Çempionlar Liqasından kənarlaşdırıla bilər.

Futbolpress.az xəbər verir ki, buna səbəb Paris klubunun sabiq futbolçusu Kilian Mbappeyə borclu olmasıdır. Bu barədə “Le Monde” nəşri məlumat yayıb.

PSJ-nin Mbappeyə 55 milyon avro borcu var. Fransalı hücumçu bununla bağlı Fransa Futbol Federasiyasının vasitəsilə Fransa Peşəkar Futbol Liqasına (LFP) və UEFA-ya müraciət edib.

LFP-nin ölkədə böyük səlahiyyətləri var. Qurum klubların transferlərinə qadağa qoya və UEFA lisenziyasını ləğv etmək hüququndadır.

Mbappe PSJ-dən azad agent kimi ayrılıb və “Real”la müqavilə imzalayıb.