PSJ “Bayer”in futbolçusu ilə maraqlanır

PSJ müdafiənin mərkəzinə yeni oyunçu axtarır.

Futbolpress.az xəbər verir ki, komandanın baş məşqçisi Luis Enrike idman direktoru Luis Kamposla görüşüb və namizədləri müzakirə edib.

Paris klubunun əsas hədəfi “Lill”dən Leni Yoro olsa da, 18 yaşlı müdafiəçi “Real”a keçməyə üstünlük verib. Klub alternativ olaraq “Bayer”dən Edmond Tapsobanı gündəminə alıb. Parislilər yaxın zamanda Almaniya klubunun nümayəndələri ilə görüşəcək.

Edmond 2020-ci ildən “Bayer”də çıxış edir. 24 yaşlı müdafiəçinin Leverkuzen təmsilçisi ilə müqaviləsi 2026-cı ilin yayına kimidir.