“Mançester Siti”nin futbolçusu Yulian Alvares karyerasını Fransada davam etdirə bilər.
Futbolpress.az xəbər verir ki, PSJ argentinalı hücumçunun xidmətində maraqlıdır. Bu barədə “TyC Sports” məlumat yayıb. Xəbərdə Paris klubunun Alvares üçün “şəhərlilər”ə rəsmi təklif göndərdiyi bildirilib.
Alvares “Mançester Siti”dən ayrılmağa razıdır. O, daha çox oynayacağı komandaya keçmək istəyir.
24 yaşlı futbolçu ötən mövsümdə 54 oyunda 19 qol vurub, 13 məhsuldar ötürmə edib.