PSJ 17 yaşlı futbolçunu 10 milyon avroya satdı

“Zalsburq” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, Avstriya təmsilçisi PSJ-dən Coan Qadunu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 17 yaşlı müdafiəçi ilə 3 illik müqavilə imzalanıb.

“Zalsburq” Coan üçün PSJ-yə 10 milyon avro ödəyəcək.

Müdafiəçi Paris klubunun U-19 komandasında çıxış edirdi.