“Prezident Kuboku 2024”: qaliblər mükafatlandırıldı

Ulu Öndər Heydər Əliyevin 101-ci ildönümünə həsr edilən akademik avarçəkmə, kayak və kanoe üzrə “Prezident Kuboku 2024” beynəlxalq reqatasında üçüncü günün qalibləri mükafatlandırılıb.

Futbolpress.az xəbər verir ki, medalları medalları gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının rəhbəri Vüqar Əhmədov, Milli Məclisin sədrinin birinci müavini Əli Hüseynli, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Serbiya Avarçəkmə Federasiyasının İdarə Heyətinin sədri Duşan Kovaçeviç təqdim ediblər.

“Prezident Kuboku 2024” turundə 21 ölkə təmsilçisi mübarizə aparıb. Azərbaycan yarışda 9 medal qazanıb.