“Prezident Kuboku 2024”: Mingəçevirdə 6-cı medal

Azərbaycan Ulu Öndər Heydər Əliyevin 101-ci ildönümünə həsr edilən akademik avarçəkmə, kayak və kanoe üzrə “Prezident Kuboku 2024” beynəlxalq reqatasında altıncı medalı qazanıb.

Futbolpress.az xəbər verir ki, Qiyas Əhmədov – Vacib Babayev (2008-2009-cü il təvəllüdlü) cütü gümüş medal qazanıblar. Onlar 200 metr məsafəyə kayak yarışında ikinci olublar.

Bu gün başa çatacaq turnirdə 21 ölkə təmsilçiləri qüvvəsini sınayır. Azərbaycan idmançılarının aktivində 1 qızıl, 2 gümüş və 3 bürünc medal var.