“Prezident Kuboku 2024”: Azərbaycan komandası “bürünc” qazandı

Ulu Öndər Heydər Əliyevin 101-ci ildönümünə həsr edilən akademik avarçəkmə, kayak və kanoe üzrə “Prezident Kuboku 2024” beynəlxalq reqatasında Azərbaycan komandası növbəti medalı qazanıb.

Futbolpress.az xəbər verir ki, İbrahim Məmmədzadə və Sərhad Fərhadlı iki nəfərlik kayak yarışında üçüncü olublar. Onlar 200 metr məsafəyə yarışda bürünc medal qazanıblar.

Bu gün başa çatacaq turnirdə 21 ölkə təmsilçiləri qüvvəsini sınayır. Azərbaycan idmançılarının aktivində 1 qızıl, 1 gümüş və 2 bürünc medal var.