“Prezident Kuboku 2024”: Azərbaycan avarçəkənlərindən növbəti medal

Azərbaycan Ulu Öndər Heydər Əliyevin 101-ci ildönümünə həsr edilən akademik avarçəkmə, kayak və kanoe üzrə “Prezident Kuboku 2024” beynəlxalq reqatasında növbəti medalı qazanıb.

Futbolpress.az xəbər verir ki, Məhəmməd Həsənov – Raul Şamilov (2010-2011-ci il təvəllüdlü) cütlüyü akademik avarçəkmə növündə bürünc medal qazanıb. Cütlük 1500 metr məsafəyə yarışda mükafatçılar sırasına düşüb. Bu, Azərbaycanın yarışdakı 8-ci medalı olub.

Bu gün başa çatacaq turnirdə 21 ölkə təmsilçiləri qüvvəsini sınayır. Azərbaycan idmançıları daha əvvəl 1 qızıl, 2 gümüş və 5 bürünc medal əldə ediblər.