Premyer Liqaya yüksələn komandada baş məşqçi ilə yeni müqavilə

İngiltərə Premyer Liqasına yüksələn “İpsviç”də baş məşqçi Kiran Makkenna ilə müqavilə uzadılıb.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 38 yaşlı mütəxəssislə 4 illik müqavilə imzalanıb.

“İpsviç” Çempionşipdə mövsümü ikinci sırada bitirib və elitaya vəsiqə qazanıb.