Premyer Liqaya vəsiqənin son sahibi bilindi

İngiltərə Premyer Liqasına vəsiqə qazanan sonuncu komandanın adına aydınlıq gəlib.

Futbolpress.az xəbər verir ki, Çempionşipin pley-off mərhələsinin finalında “Sauthempton” və “Lids” komandaları üz-üzə gəlib. “Uembli” stadionunda baş tutan görüş “Sauthempton”un qələbəsiylə başa çatıb – 1:0.

Yeganə qolu Adam Armstronq vurub.

“Sauthempton” 2022/2023 mövsümündə Premyer Liqanı tərk etmişdi.

Daha əvvəl “Lester” və “İpsviç” elitaya vəsiqə qazanmışdı.